Bakıda yük maşını karantin postuna çırpılıb, xəsarət alan var

Bakıda yük maşını karantin postuna çırpılıb, xəsarət alan var Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Qaradağ rayonu, Ələt qəsəbəsində ”Shacman” markalı yük avtomobilinin yol kənarındakı karantin postuna çırpılması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan Xüsusi Ri
Hadisə
28 İyul , 2021 07:45
Bakıda yük maşını karantin postuna çırpılıb, xəsarət alan var

Bakıda xəsarətlə nəticələnən yol qəzası baş verib.

"Report"un məlumatına görə, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) xəbər yayıb.

Nazirliyin "112" qaynar telefon xəttinə Qaradağ rayonu, Ələt qəsəbəsində ”Shacman” markalı yük avtomobilinin yol kənarındakı karantin postuna çırpılması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Son xəbərlər

Orphus sistemi