Bakıda yük kranının trosu qırıldı: bir ölü, bir yaralı - YENİLƏNİB

Bakıda yük kranının trosu qırıldı: bir ölü, bir yaralı - YENİLƏNİB Faktla bağlı araşdırma aparılır
Hadisə
26 Aprel , 2021 18:12
Bakıda yük kranının trosu qırıldı: bir ölü, bir yaralı - YENİLƏNİB
0 : 00
0 : 00

Bakıda yük qaldıran qurğunun trosunun qırılması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan şəxsin adı məlum olub.

“Report”un xəbərinə görə, həmin şəxs 1983-cü il təvəllüdlü Ariz Əhmədovdur.

17.21

Bakıda yük qaldıran qurğunun trosunun qırılması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan 1983-cü il təvəllüdlü şəxsin müalicəsi 3 saylı Şəhər Klinik Xəstəxanasının Reanimasiya şöbəsində davam etdirilir.

Bu barədə "Report"a xəstəxanadan məlumat verilib.

Bildirilib ki, yaralı xəstəxanaya qabırğanın sınığı diaqnozu ilə daxil olub və hazırda vəziyyəti ağır olaraq qalır.

16.46

Bakıda çoxmərtəbəli binanın tikintisi zamanı ərazidə yuxarı mərtəbəyə yük qaldıran qurğunun trosunun qırılması nəticəsində bir nəfər hadisə yerində ölüb, bir nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

“Report” xəbər verir ki, hadisə Səbail rayonu, Neftçi Qurban küçəsi 29 ünvanında qeydə alınıb.

Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından bildirilib ki, yaralı 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi