Yuxarı

Bakıda yük avtomobili elektrovozla toqquşub, ölən və yaralanan var

Faktla bağlı araşdırma aparılır

Bakı. 8 oktyabr. REPORT.AZ/ Bakı şəhərində yük avtomobili elektrovozla toqquşub. 

"Report"un Daxili İşlər Nazirliyinə (DİN) istinadən verdiyi məlumata görə, ötən gün Qala dəmir yolu stansiyası ərazisindəki qorunmayan keçiddə Bakı şəhər sakini Əkbər Məmmədov idarə etdiyi “QAZel” markalı avtomobili elektrovoza vurub. Nəticədə Ə.Məmmədov hadisə yerində ölüb, 1 sərnişini isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi