Bakıda yolu keçmək istəyən piyadanı avtomobil vuraraq öldürüb

Bakıda yolu keçmək istəyən piyadanı avtomobil vuraraq öldürüb Bakı. 9 iyun. REPORT.AZ/ Bakıda yolu keçmək istəyən piyadanı avomobil vuraraq öldürüb.
Hadisə
9 İyun , 2018 11:53
Bakıda yolu keçmək istəyən piyadanı avtomobil vuraraq öldürüb
Report

Bakı. 9 iyun. REPORT.AZ/ Bakıda yolu keçmək istəyən piyadanı avomobil vuraraq öldürüb. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə,  hadisə iyunun 8-də saat 15 radələrində Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsi ərazisində baş verib. 

Belə ki, Bakı şəhər sakini Qurban Məhərrəmov idarə etdiyi “TOFAŞ” markalı avtomobillə yolu keçən paytaxt sakini Emiliya Cəbrayılovanı vurub. Piyada xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi