Bakıda yolu keçən piyadanı iki avtomobil vuraraq öldürüb

Bakıda yolu keçən piyadanı iki avtomobil vuraraq öldürüb İyulun 5-də saat 2 radələrində Nizami rayonu ərazisində Bakı şəhər sakini İ.Orduxanov idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən paytaxt sakini Rəhman Xəlilovu vurduqdan sonra arxadan gələn Tovuz rayon sakini Ü.Məmmədov da idarə etdiyi “Opel” m
Hadisə
6 İyul , 2022 10:24
Bakıda yolu keçən piyadanı iki avtomobil vuraraq öldürüb

Bakıda yolu keçən piyadanı iki avtomobil vuraraq öldürüb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Belə ki, iyulun 5-də saat 2 radələrində Nizami rayonu ərazisində Bakı şəhər sakini İ.Orduxanov idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən paytaxt sakini Rəhman Xəlilovu vurduqdan sonra arxadan gələn Tovuz rayon sakini Ü.Məmmədov da idarə etdiyi “Opel” markalı avtomobillə həmin şəxsi vurub.

Nəticədə xəsarət alan R.Xəlilov xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi