Bakıda yolu keçən piyadanı avtomobil vurub

Bakıda yolu keçən piyadanı avtomobil vurub Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
6 Avqust , 2021 07:00
Bakıda yolu keçən piyadanı avtomobil vurub
0 : 00
0 : 00

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə paytaxtın Nizami rayonunda qeydə alınıb.

Babək prospektində yolu keçən, 1998-ci il təvəllüdlü Şirəlizadə Məhəmməd Elçin oğlunu avtomobil vurub.

Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb. Müayinə zamanı ona bədənin çoxsaylı sıyrılmış yaraları diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi