Yuxarı
    Bağlamaq

    Bakıda yolların açılacağı vaxt məlum olub

    Yarışların keçirildiyi ərazilərdə yol qəzası və xoşagəlməz hadisə baş verməyib

    Bakı. 20 iyun. REPORT.AZ/ Bakı şəhəri ərazisində Formula 1 yarışlarının keçirilməsi ilə əlaqədar olaraq bağlanan bəzi yollar bu gün saat 16:00-da açılacaq. Bu barədə "Report"a Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov bildirib.

    Şöbə rəisi bildirib ki, hazırda Bakı şəhər halqasında hərəkət olduğu kimi qalır: “Təşkilat Komitəsinin qərarına əsasən bu gün bəzi yollar, yol qovşaqları və kəsişmələr açılacaq. Həmin küçələrdə avtomobillərin hərəkəti bərpa ediləcək. Lakin bəzi küçə və prospektlərin, əsasən Neftçilər prospekti isə sabah günün 1-ci yarasında açılacaq”.

    V.Əsədovun sözlərinə görə, Formula 1 yarışları ərəfəsində, yarışların keçirildiyi ərazilərə yaxın yerlərdə heç bir yol qəzası və xoşagəlməz hadisə baş verməyib: “Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən təyin olunmuş ərazilərdə yüksək səviyyədə xidmət təşkil olunub. Sürücülərin Bakıda təhlükəsiz və maneəsiz hərəkət etmələri üçün yol polisi əməkdaşları bütün lazımi tədbirləri görüb”.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi