Bakıda yol qəzasında iki nəfər xəsarət aldı

Bakıda yol qəzasında iki nəfər xəsarət aldı Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
Hadisə
24 Fevral , 2021 22:00
Bakıda yol qəzasında iki nəfər xəsarət aldı

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Bakı Olimpiya Stadionunun yaxınlığında qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində 1978-ci il təvəllüdlü Vəliyev Elman Məhəmməd oğlu və 1965-ci il təvəllüdlü Qayıbova Təhnirə Oğlan qızı xəsarət alıblar.

Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar. E.Vəliyevə qolun sınığı, T.Qayıbovaya isə alının yarığı diaqnozları qoyulub.

Son xəbərlər

Orphus sistemi