Bakıda yol qəzasında bir ailənin 5 üzvü yaralandı

Bakıda yol qəzasında bir ailənin 5 üzvü yaralandı Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
20 Sentyabr , 2020 01:48
Bakıda yol qəzasında bir ailənin 5 üzvü yaralandı

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Sabunçu rayonu, Zabrat qəsəbəsində qeydə alınıb.

Belə ki, 1985-ci il təvəllüdlü Məmmədov Elçin İmaməli oğlunun idarə etdiyi “Mitsubishi” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək beton maneəyə çırpılıb, zərbənin təsirindən daha sonra avtomobil bir neçə dəfə aşıb.

Hadisə zamanı xəsarət alanlar sürücü 35 yaşlı Məmmədov Elçin İmaməli oğlu, onun həyat yoldaşı, 1985-ci il təvəllüdlü Məmmədova Vəfa Əvsər qızı və onların övladları, 7 yaşlı Məmmədova Fatimə Elçin qızı, 9 yaşlı Məmmədova Nargilə Elçin qızı, 2 yaşlı Məmmədov Eşqin Elçin oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar təcili yardım briqadasının köməkliyi ilə 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıblar.

E.Məmmədovun dediyinə görə, hərəkətdə olarkən qarşısına digər avtomobil çıxıb, bu an o, idarəetməni itirərək qəza törədib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi