Bakıda yol qəzasında 16 yaşlı gənc xəsarət alıb

Hadisə
  • 26 fevral, 2023
  • 22:37
Bakıda yol qəzasında 16 yaşlı gənc xəsarət alıb

Bakının Xəzər rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, rayon ərazisində yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan 2007-ci il təvəllüdlü Qulamova Tamella Aydın qızı xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

44 - Tezliklə