Bakıda yol qəzası: sürücünün meyiti maşında qalıb

Bakıda yol qəzası: sürücünün meyiti maşında qalıb Xilasedicilər sıxılmış vəziyyətdə qalmış cəsədi çıxararaq aidiyyəti üzrə təhvil veriblər
Hadisə
22 Noyabr , 2014 02:28
Bakıda yol qəzası: sürücünün meyiti maşında qalıb

Bakı. 22 noyabr. REPORT.AZ/ Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

 "Report"-un Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, hadisə Bakının Sabunçu rayonunda qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, şəxsiyyəti məlum olmayan bir nəfər “Mitsubishi” markalı minik avtomobilində aldığı bədən xəsarətlərindən hadisə yerində keçinib.

Xilasedicilər sıxılmış vəziyyətdə qalmış cəsədi çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat ötən axşam saat 22:41-də başa çatıb.

Son xəbərlər

Orphus sistemi