Bakıda yol qəzası törədən şəxs saxlanıldı

Hadisə
  • 25 noyabr, 2020
  • 09:06
Bakıda yol qəzası törədən şəxs saxlanıldı

Bakıda yol qəzası baş verib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Nərimanov Rayon Polis İdarəsi 16-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 7-də Azadlıq prospektində T.Qürbətovun xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Y.İbrahimli idarə etdiyi “Toyota” markalı avtomobillə birgə saxlanılıb.

Araşdırma aparılır.