​Bakıda yol qəzası ölümlə nəticələnib

​Bakıda yol qəzası ölümlə nəticələnib Sürücü avtomobildə sıxılmış vəziyyətdə qalıb
Hadisə
29 Mart , 2015 00:37
​Bakıda yol qəzası ölümlə nəticələnib

Bakı. 29 mart. REPORT.AZ/ Bakı şəhəri, Nizami rayonunda “VAZ” və “Chevrolet” markalı minik avtomobillərinin toqquşması nəticəsində yol-nəqliyyat qəzası baş verib.

"Report" Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, qurumun “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, nazirliyin hadisə yerinə cəlb olunmuş qüvvələri xilasetmə işlərinə başlayıb.

Hadisə yerində 1966-ci il təvəllüdlü Fərrux Ataman oğlu Şahbazovun cəsədi aşkar edilib.

Xilasedicilər sıxılmış vəziyyətdə qalan sürücünün cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Son xəbərlər

Orphus sistemi