Bakıda yol qəzası olub, xəsarət alan var

Hadisə
  • 13 sentyabr, 2021
  • 00:42
Bakıda yol qəzası olub, xəsarət alan var

Bakı şəhərində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Yasamal rayonunda qeydə alınıb. 1994-cü il təvəllüdlü Qənbərov Fərid Tahir oğlu velosipedlə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə velosiped avtomobillə toqquşub. Müxtəli xəsarətlər alan velosipedçi təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

44 filmi