Bakıda yol qəzasında 1 nəfər xəsarət aldı

Bakıda yol qəzasında 1 nəfər xəsarət aldı Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
11 İyun , 2021 08:11
Bakıda yol qəzasında 1 nəfər xəsarət aldı

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, 34 yaşlı Məmmədov Elçin Yaşar oğlunun idarə etdiyi motosiklet minik avtomobili ilə toqquşub. Hadisə zamanı E.Məmmədov ağır xəsarətlər alıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol bud sümüyünün yerdəyişən açıq sınığı və bədənin müştərək travması diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Son xəbərlər

Orphus sistemi