Bakıda yol qəzası olub, qadın sürücü ölüb

Bakıda yol qəzası olub, qadın sürücü ölüb Bakıda yol qəzası baş verib.
Hadisə
4 Fevral , 2021 12:45
Bakıda yol qəzası olub, qadın sürücü ölüb

Bakıda yol qəzası baş verib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, fevralın 4-də saat 1 radələrində Xəzər rayonunun Türkan qəsəbəsi ərazisində Füzuli rayon sakini A.Şirinova idarə etdiyi “Toyota” markalı avtomobili qarşıda gedən Xaçmaz rayon sakini S.Mövlanovun idarə etdiyi “KamAZ” markalı avtomobilə vurub. Nəticədə A.Şirinova aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Xəzər Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi