Bakıda yol qəzası oldu, xəsarət alanlar var

Bakıda yol qəzası oldu, xəsarət alanlar var Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
22 İyun , 2020 21:56
Bakıda yol qəzası oldu, xəsarət alanlar var

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Suraxanı rayonunda qeydə alınıb.

Hövsan qəsəbəsində iki avtomobilin toqquşması nəticəsində 1983-cü il təvəllüdlü Cəfərov Ruslan Akif oğlu, 1959-cu il təvəllüdlü Ağayev Mehman Ağamoğlan oğlu və 1994-cü il təvəllüdlü Cəfərov Ramin Əkbər oğlu xəsarət alıblar. Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar. R.Cəfərova başın əziyi, M.Ağayevə körpücük sümüyünün sınığı və R.Cəfərova isə döş qəfəsinin əziyi diaqnozları qoyulub.

Son xəbərlər

Orphus sistemi