Paytaxtın Tbilisi prospektində yol-nəqliyyat hadisəsi baş verib, yolda sıxlıq yaranıb.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.
Bildirilib ki, nəticədə metronun “20 Yanvar” stansiyası istiqamətində sıxlıq yaranıb. Digər bir yol-nəqliyyat hadisəsi isə Rəşid Behbudov küçəsində Mərkəzi Bankın qarşısında qeydə alınıb.
Hazırda bu yolda da sıxlıq var. Sürücülərin rahat hərəkətini təmin etmək məqsədilə işlər görülür.
