Bakıda avtomobil arakəsmələrə çırpılıb, xəsarət alan var

Bakıda avtomobil arakəsmələrə çırpılıb, xəsarət alan var Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Binəqədi rayonu, Rəşid İsmayılov küçəsində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
Hadisə
2 Oktyabr , 2024 13:28
Bakıda avtomobil arakəsmələrə çırpılıb, xəsarət alan var

Bakıda yol qəzası baş verib.

Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, paytaxtın Binəqədi rayonu, Rəşid İsmayılov küçəsində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Mercedes” markalı minik avtomobilinin idarəetməni itirərək yol kənarındakı arakəsmələrə çırpılması nəticəsində yol-qəza hadisəsi baş verib və avtomobilin sürücüsü deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qalıb. Xilasedicilər xüsusi vasitələrin köməyi ilə avtomobildə sıxılı vəziyyətdə qalan sürücü, 1972-ci il təvəllüdlü İsrayılov Eldəniz İsrayıl oğlunu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Son xəbərlər

Orphus sistemi