Bakıda yol polisinin şəxsi avtomobili yanıb

Bakıda yol polisinin şəxsi avtomobili yanıb Bakı. 7 noyabr. REPORT.AZ/ Bakıda avtomobil yanıb.
Hadisə
7 Noyabr , 2018 10:03
Bakıda yol polisinin şəxsi avtomobili yanıb

Bakı. 7 noyabr. REPORT.AZ/ Bakıda avtomobil yanıb.

“Report” xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu, Mikayıl Müşfiq küçəsində qeydə alınıb.

Məlumata görə, bu gün səhər saatlarında həmin ərazidə Kənan Nizami oğlu Fərzəliyevə məxsus 90-GA-562 dövlət nömrə nişanlı “Subaru” markalı şəxsi avtomobil yanıb.

Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri hadisə yerinə cəlb olunub, yanğın söndürülüb. Xəsarət alan olmasa da, avtomobilə ciddi ziyan dəyib.

K.Fərzəliyev Bakı Şəhəri Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidmətində çalışır.

Son xəbərlər

Orphus sistemi