Bakıda "Mercedes" və "KİA" toqquşub - YENİLƏNİB - FOTO - VİDEO

Bakıda "Mercedes" və "KİA" toqquşub - YENİLƏNİB - FOTO - VİDEO Faktla bağlı araşdırma aparılır
Hadisə
14 Aprel , 2017 10:12
Bakıda Mercedes və KİA toqquşub - YENİLƏNİB - FOTO - VİDEO
Foto: "Report"

*** saat 07:33

Bakı. 14 aprel. REPORT.AZ/ Bakıda "Mercedes" və "KİA" toqquşub.

"Report"un xəbərinə görə, hadisə Xəzər rayonunda qeydə alınıb.

Belə ki, Buzovna qəsəbəsində sərxoş sürücü tərəfindən idarə edildiyi iddia olunan "Mercedes" markalı avtomobillə "KİA" markalı avtomobil toqquşub. Nəticədə hər iki avtomobil deformasiyaya uğrayıb.

Hadisə şahidlərinin sözlərinə görə, Yol Patrul Xidmətinə (YPX) məxsus xidməti avtomobil "Mercedes" markalı avtomobili təqib edib. Nəticədə "Mercedes"in sürücüsü idarəetməni itirərək qəza törədib.

Faktla bağlı araşdırma aparılır.

Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsindən (DYPİ) "Report"a bildirilib ki, məsələ ilə bağlı DYPİ-də araşdırma aparılır. Araşdırma nəticəsində məlum olub ki, idarədə ümumiyyətlə dövlət nömrə nişanı "90"la başlayan xidməti avtomobil yoxdur. "Mercedes" markalı avtomobili təqib etdiyi bildirilən 99-YP-353 dövlət nömrə nişanlı avtomobil isə hadisədən iki saat əvəl xidmətini başa vurub.

Son xəbərlər

Orphus sistemi