Bakıda yol polisini öldürməyə cəhddə təqsirləndirilənlərə hökm oxunub

Bakıda yol polisini öldürməyə cəhddə təqsirləndirilənlərə hökm oxunub Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adamöldürməyə cəhddə təqsirləndirilən Elman Sadıxov və Elçin İbrahimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Hadisə
16 İyul , 2019 20:43
Bakıda yol polisini öldürməyə cəhddə təqsirləndirilənlərə hökm oxunub

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adamöldürməyə cəhddə təqsirləndirilən Elman SadıxovElçin İbrahimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Report" məlumatına görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. 

Hökmə əsasən, Elçin İbrahimov 17 il, Elman Sadıxov isə 15 il müddətinə azadlıqdan məhrum edilib.

Hadisə ötən il iyunun 14-də Maştağa qəsəbəsində baş verib. İttihama görə, təqsirləndirilən şəxslər Dövlət Yol Polisi əməkdaşı Babək Qəmbərovu xidmət başında olan zaman bıçaqlayıb.

E.Sadıxovla E.İbrahimov avtomobillə yol hərəkəti qaydasını pozduğu üçün polis əməkdaşı sürücünü saxlamaq istəyib.

Sürücü yol polisinin tələbinə əməl etməyib. Qəzəbli sürücü əvvəlcə maşını ilə DYP avtomobilinə bir neçə dəfə vurub. Hər iki avtomobil dayanandan sonra isə onlar B.Qəmbərovun ayaq nahiyəsindən bıçaq zərbəsi endiriblər. Həmin şəxslər daha bir zərbəni isə yerə yıxılan polis əməkdaşının baş nahiyəsindən vurublar. Ağır vəziyyətdə xəstəxanaya çatdırılan polis əməkdaşının həyatını xilas etmək mümkün olub.

Təqsirləndirlən şəxslərə Cinayət Məcəlləsinin 29,120.2.1 (qəsdən adamöldürməyə cəhd) maddəsi ilə ittiham verilib. 

Son xəbərlər

Orphus sistemi