Bakıda yol kənarında dayanan qadın cərimələnib

Bakıda yol kənarında dayanan qadın cərimələnib Suraxanı rayonunda avtomobil yolunun kənarında dayanan qadının şəxsiyyəti müəyyən olunaraq Suraxanı Rayon Polis İdarəsinin (RPİ) 31-ci Polis Bölməsinə (PB) gətirilib.
Hadisə
29 Yanvar , 2020 20:03
Bakıda yol kənarında dayanan qadın cərimələnib

Suraxanı rayonunda avtomobil yolunun kənarında dayanan qadının şəxsiyyəti müəyyən olunaraq Suraxanı Rayon Polis İdarəsinin (RPİ) 31-ci Polis Bölməsinə (PB) gətirilib.

Bu barədə "Report"a Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, BŞBPİ və Suraxanı Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə qadının hərəkətlərində inzibati xətanın tərkib əlamətləri müəyyən olunub.

43 yaşlı şəxslə profilaktiki söhbətlər aparılıb, əməlinin hüquqazidd olması ona izah olunmaqla barəsində inzibati xəta haqqında protokol tərtib olunub.

Araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi