Bakıda yol-hərəkəti qaydasını pozan sürücü qəza törədib

Bakıda yol-hərəkəti qaydasını pozan sürücü qəza törədib Baş vermiş qəza zamanı xəsarət alan olmasa da, hər iki maşına xeyli ziyan dəyib
Hadisə
8 Avqust , 2017 03:42
Bakıda yol-hərəkəti qaydasını pozan sürücü qəza törədib

Bakı. 8 avqust. REPORT.AZ/ Bakıda yol-hərəkəti qaydasını pozan sürücü qəza törədib.

"Report" xəbər verir ki, Yasamal rayonu ərazisində 2 avtomobil toqquşub. Hadisə Zahid Xəlilov və Həsən Məcidov küçələrinin kəsişməsində qeydə alınıb. Sürücü Oktay Ağayev idarə etdiyi VAZ- 21099 markalı minik avtomobili ilə hərəkətdə olan zaman qarşı yoldan gələn "Mercedes" markalı avtomobili gözləməyərək hərəkətini davam etdirib və nəticədə qəza qaçılmaz olub. Baş vermiş qəza zamanı xəsarət alan olmasa da, hər iki maşına xeyli ziyan dəyib.

Qəzanın dəqiq baş vermə səbəbləri isə aparılan avtoekspertizanın rəyindən sonra məlum olacaq. 

Son xəbərlər

Orphus sistemi