Yuxarı
    Bağlamaq

    Bakıda yol hərəkəti qaydasını pozan sürücü qəza törədib

    Araşdırma aparılır© Report.az

    Bakı. 25 aprel. REPORT.AZ/ Bakıda yol hərəkəti qaydasını pozan sürücü qəza törədib.

    "Report"un xəbərinə görə, hadisə paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsində qeydə alınıb.

    Belə ki, "BMW" markalı avtomobilin sürücüsü yol hərəkəti qaydasını pozaraq qoşa xəttin üzərindən keçərək əks istiqamətə hərəkət edən zaman "Mercedes" markalı avtomobil ona çırpılıb. Nəticədə hər iki avtomobil deformasiyaya uğrayıb.

    Əraziyə Dövlət Yol Polisi İdarəsinin Binəqədi Rayon Şöbəsinin əməkdaşları cəlb edilib, araşdırma aparılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi