Bakıda yeznəsini öldürən şəxsə hökm oxunub

Bakıda yeznəsini öldürən şəxsə hökm oxunub Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Samir Ağakişiyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Hadisə
15 May , 2019 15:40
Bakıda yeznəsini öldürən şəxsə hökm oxunub

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Samir Ağakişiyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 15 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, qətl hadisəsi ötən il avqustun 20-də Bakının Yasamal rayonunda baş verib. Evin qarşısında 1970-ci il təvəllüdlü Mustafazadə Faiq Fərhad oğlunun ürəyinə bıçaq zərbəsi endirilib və o, aldığı zərbədən hadisə yerində ölüb.

Daha sonra Yasamal Rayon Polis İdarəsinin 28-ci polis bölməsinə öldürülən şəxsin həyat yoldaşının qardaşı, 1974-cü il təvəllüdlü Ağakişiyev Samir Bəşir oğlu gələrək qətli törətdiyini etiraf edib.

Saxlanılan şəxs bildirib ki, yeznəsini münasibətlərinə aydınlıq gətirərkən öldürüb.

Son xəbərlər

Orphus sistemi