Bakıda yeznəsini öldürən şəxsə hökm oxunub

Bakıda yeznəsini öldürən şəxsə hökm oxunub Hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub
Hadisə
6 Oktyabr , 2016 10:40
Bakıda yeznəsini öldürən şəxsə hökm oxunub

Bakı. 6 oktyabr. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində yeznəsini öldürməkdə təqsirləndirilən Ziya Əzizovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Report"un xəbərinə görə, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Z.Əzizov 18 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, dövlət ittihamçısı çıxışında Z.Əzizovun 19 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, hadisə bu il yanvarın 20-də Sabunçu rayonunun Bakıxanov qəsəbəsində baş verib. Tərtər rayon sakini Z.Əzizov verdiyi borcu almaq üçün qəsəbədə yerləşən yataqxanaya gəlib və orada bacısının əri, Bərdə rayon sakini Vasif İsmayılovla aralarında münaqişə yaranıb. Daha sonra Z.Əzizov bıçaqla V.İsmayılova xəsarət yetirərək, hadisə yerini tərk edib. Xəstəxanaya yerləşdirilmiş V.İsmayılov orada ölüb.

Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 13-cü Polis Bölməsinin (PB) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Z.Əzizov tutulub.

O, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunub.

Son xəbərlər

Orphus sistemi