Bakıda yetkinlik yaşına çatmayanlara tütün məmulatı satanlar cərimələniblər

Bakıda yetkinlik yaşına çatmayanlara tütün məmulatı satanlar cərimələniblər Bakı. 11 dekabr. REPORT.AZ/ Polis orqanları yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində keçirilən tədbirləri davam etdirir.
Hadisə
11 Dekabr , 2018 11:18
Bakıda yetkinlik yaşına çatmayanlara tütün məmulatı satanlar cərimələniblər
0 : 00
0 : 00

Bakı. 11 dekabr. REPORT.AZ/ Polis orqanları yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində keçirilən tədbirləri davam etdirir. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, dekabrın 10-da nazirliyin Baş İctimai Təhlükəsizlik, Xəzər və Yasamal Rayon Polis idarələrinin əməkdaşları qeyd olunan rayonlar ərazisində birgə tədbirlər keçiriblər.

Reydlər nəticəsində Xəzər rayonunun Binə qəsəbəsi ərazisində və Yasamal rayonu Landau küçəsindəki köşklərdə satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatı satmaları aşkar edilib. Həmin köşklərin 4 satıcısı barəsində İnzibati Xətalar Məcəlləsinin 455-ci maddəsi (Etil (yeyinti) spirti, alkoqollu içkilər və ya tütün məmulatı ticarəti qaydalarının pozulması) ilə protokollar tərtib olunmuş və hər biri 100 manat cərimə olunublar.

Bu istiqamətdə reydlər davam etdirilir.

Son xəbərlər

Orphus sistemi