Bakıda yeniyetməni bıçaqlayan şəxsin məhkəməsi başlayır

Bakıda yeniyetməni bıçaqlayan şəxsin məhkəməsi başlayır Bakıda qəsdən sağlamlığa ağır xəsarət yetirməkdə təqsirləndirilən Aydın Quluzadənin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Hadisə
6 Dekabr , 2019 09:57
Bakıda yeniyetməni bıçaqlayan şəxsin məhkəməsi başlayır

Bakıda qəsdən sağlamlığa ağır xəsarət yetirməkdə təqsirləndirilən Aydın Quluzadənin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"Report" xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Azər Paşayevin icraatında olan iş üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.

Qeyd edək ki, hadisə bu ilin avqust ayında Xəzər rayonunun Binə qəsəbəsində baş verib. A.Quluzadə mübahisə zəminidə Südçülük sovxozu ərazisində yaşayan 2002-ci il təvəllüdlü Quliyev Azər Arif oğlunu bıçaqlayıb.

Ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən A.Quliyevə döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Onun həyatını xilas etmək mümkün olub. 

A.Quluzadəyə Cinayət Məcəlləsinin 126.1-ci qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham verilib. 

Son xəbərlər

Orphus sistemi