Bakıda yeniyetmə oğlanı oğurlamaqada təqsirləndirilən şəxsin şikayəti əsasında məhkəmə başlayıb

Bakıda yeniyetmə oğlanı oğurlamaqada təqsirləndirilən şəxsin şikayəti əsasında məhkəmə başlayıb Məhkəmənin növbəti iclası martın 14-nə təyin edilib
Hadisə
1 Mart , 2017 09:09
Bakıda yeniyetmə oğlanı oğurlamaqada təqsirləndirilən şəxsin şikayəti əsasında məhkəmə başlayıb

Bakı. 1 mart. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində adam oğurluğunda təqsirləndirilən Sənan Qasımzadənin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

“Report”un xəbərinə görə, hakim Qail Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası martın 14-nə təyin edilib.

Qeyd edək ki, ötən il mayın 30-da naməlum şəxs Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsində kirayədə yaşayan Kürdəmir rayon sakini - 14 yaşlı Cəfər Qasımovu oğurlayıb, qaytarılması müqabilində anası Afət Qasımovadan 20 min manat pul istəməsi barədə hüquq-mühafizə orqanlarına məlumat daxil olub. Həmin şəxs uşağın valideyni ilə əlaqə saxlayaraq ondan bu barədə polisə məlumat verməməsini tələb edib.
Keçirilən təxirəsalınmaz tədbirlərlə C.Qasımovun “VAZ-21154” markalı avtomobillə qaçırıldığı müəyyən edilib. Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Binəqədi Rayon Polis İdarəsi əməkdaşlarının isti izlərlə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini 23 yaşlı S.Qasımzadə idarə etdiyi avtomobillə birgə Azadlıq prospektində saxlanılıb. Onun avtomobilində olan C.Qasımov isə azad olunaraq ailə üzvlərinə təhvil verilib/

S.Qasımzadə Cinayət Məcəlləsinin 144.3-cü (adam oğurluğu) maddəsi ilə ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Qasımzadə 12 il müddətinə azadlıqdan məhrum edilib.

Son xəbərlər

Orphus sistemi