Bakıda yeniyetmə oğlanı oğurlamaqada təqsirləndirilən şəxsə hökm oxunub

Bakıda yeniyetmə oğlanı oğurlamaqada təqsirləndirilən şəxsə hökm oxunub Məhkəmənin hökmü ilə Sənan Qasımzadə 12 il müddətinə azadlıqdan məhrum edilib
Hadisə
13 Yanvar , 2017 13:53
Bakıda yeniyetmə oğlanı oğurlamaqada təqsirləndirilən şəxsə hökm oxunub

Bakı. 13 yanvar. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində adam oğurluğunda təqsirləndirilən Sənan Qasımzadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Report"un xəbərinə görə, hakim Tamella Nəsrullayevanın sədrliyi ilə keçirilən iclasda hökm oxunub.

Məhkəmənin hökmü ilə S.Qasımzadə 12 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ötən il mayın 30-da naməlum şəxs Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsində kirayədə yaşayan Kürdəmir rayon sakini - 14 yaşlı Cəfər Qasımovu oğurlayıb, qaytarılması müqabilində anası Afət Qasımovadan 20 min manat pul istəməsi barədə hüquq-mühafizə orqanlarına məlumat daxil olub. Həmin şəxs uşağın valideyni ilə əlaqə saxlayaraq ondan bu barədə polisə məlumat verməməsini tələb edib.

Keçirilən təxirəsalınmaz tədbirlərlə C.Qasımovun “VAZ-21154” markalı avtomobillə qaçırıldığı müəyyən edilib. Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Binəqədi Rayon Polis İdarəsi əməkdaşlarının isti izlərlə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini 23 yaşlı S.Qasımzadə idarə etdiyi avtomobillə birgə Azadlıq prospektində saxlanılıb. Onun avtomobilində olan C.Qasımov isə azad olunaraq ailə üzvlərinə təhvil verilib.

S.Qasımzadə Cinayət Məcəlləsinin 144-cü (adam oğurluğu) maddəsi ilə ittiham olunub.

Son xəbərlər

Orphus sistemi