Bakıda yataqxanada yanğın olub - YENİLƏNİB

Hadisə
  • 29 iyun, 2018
  • 21:00
Bakıda yataqxanada yanğın olub - YENİLƏNİB

Bakı. 29 iyun. REPORT.AZ/ Bakı şəhəri, Nizami rayonunda beşmərtəbəli yataqxana binasının dördüncü mərtəbəsində ümumi sahəsi 15 m2 olan 1 otaqlı mənzilin və eyvanının yanar kostruksiyaları, hər birinin ümumi sahəsi 15 m2 olan digər 1 otaqlı iki mənzilin eyvanlarının yanar kostruksiyaları və beşinci mərtəbədə hər birinin ümumi sahəsi 15 m2 olan 1 otaqlı iki mənzilin eyvanlarının yanar konstruksiyaları (ümumi 35 m2 sahədə) yanıb. 

"Report" FHN-ə istinadən xəbər verir ki, yanğın zamanı 11 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. 

Mənzillərin qalan hissəsi və qonşu mənzillər yanğından mühafizə edilib. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.


***22:32

Bakıda yaşayış binasında yanğın baş verib.

"Report" xəbər verir ki, hadisə Nizami rayonunda, "Xalqlar dostluğu" metrostansiyasının arxasında, Cəmşid Naxçıvanski küçəsində qeydə alınıb.

Belə ki, həmin ünvanda yerləşən yaşayış binasının 4-cü mərtəbəsində saat 20:30 radələrində yanğın olub.