Bakı. 13 sentyabr. REPORT.AZ/ Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report" xəbər verir ki, naməlum avtomobil yüksək sürətlə hərəkət edərkən yolu keçmək istəyən 50-55 yaşlı kişini vuraraq hadisə yerindən yayınıb.
Qəza yerində dünyasını dəyişən şəxsin meyitini yoldan keçən sürücülər görüb və mərhumun cəsədi Məhkəmə - Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sabunçu rayon şöbəsinə aparılıb. Üzərində heç bir sənəd olmadığı üçün mərhumun şəxsiyyətini müəyyən etmək mümkün olmayıb.
Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.