Bakıda yaşlı kişi kafedə yeyib içdikdən sonra bıçaqlanıb

Bakıda yaşlı kişi kafedə yeyib içdikdən sonra bıçaqlanıb Faktla bağlı Suraxanı Rayon Polis İdarəsi araşdırma aparır
Hadisə
13 Fevral , 2018 08:28
Bakıda yaşlı kişi kafedə yeyib içdikdən sonra bıçaqlanıb

Bakı. 13 fevral. REPORT.AZ/ Bakının Suraxanı rayonunda 1 nəfərin bıçaqlanması ilə nəticələnən dava baş verib.

"Report"un xəbərinə görə, hadisə Suraxanı qəsəbəsində qeydə alınıb.

1961-ci il təvəllüdlü Səfərov Adil Əli oğlu kafedə yeyib içdikdən sonra tanışı ilə mübahisə edib. Mübahisə zamanı tanışı A.Səfərovu bıçaqlayıb. 

Yaralı təcili yardım vasitəsilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsi araşdırma aparır.

Son xəbərlər

Orphus sistemi