Bakıda yaşıllaşdırma zolağının işıqlandırma sistemini oğurlayan şəxs tutulub

Bakıda yaşıllaşdırma zolağının işıqlandırma sistemini oğurlayan şəxs tutulub Araşdırmalar davam etdirilir
Hadisə
27 Dekabr , 2016 11:42
Bakıda yaşıllaşdırma zolağının işıqlandırma sistemini oğurlayan şəxs tutulub

Bakı. 27 dekabr. REPORT.AZ/ Bakıda yaşıllaşdırma zolağının işıqlandırma sistemini oğurlayan şəxs tutulub.

"Report"un Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 7-ci Polis Bölməsinin (PB) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Binəqədi rayonu ərazisindəki yol kənarının yaşıllaşdırma zolağının işıqlandırılması üçün nəzərdə tutulan elektrik qutusundan 3500 manat dəyərində elektrik avadanlıqlarını oğurlamağa cəhd göstərməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Müsəllim Həsənov tutulub.

Araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi