Bakıda yaşayış binasında yanğın olub

Bakıda yaşayış binasında yanğın olub Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb
Hadisə
25 Mart , 2021 16:52
Bakıda yaşayış binasında yanğın olub

Bakı şəhərinin Suraxanı rayonunda doqquzmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində ümumi sahəsi 67 m² olan mənzildə mətbəxin yanar konstruksiyaları 4 m² sahədə və 1 ədəd televizor yanıb.

"Report" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, yüksək temperaturdan lambirindən ibarət tavan 12 m² sahədə qarsalanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi