Bakı. 20 dekabr. REPORT.AZ/ Bakıda hündürmərtəbəli yaşayış binasında yanğın baş verib, sakinlər təxliyyə olunub. "Report" Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Yasamal rayonunda hündürmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsindən 13-cü mərtəbəsinə kimi şaxtadan keçən elektrik kabelleri 200 p.m yanıb. Yanğın zamanı binanın yuxarı mərtəbələrindən 20 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyyə olunub. Şaxtadan keçən elektrik kabellərinin qalan hissəsi və mənzillər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.


