Yuxarı

Bakıda yaşayış binasında yanğın olub, nənə və nəvələri xəsarət alıb

Hadisə nəticəsində mənzilin yanar konstruksiyaları və əşyalar yanıb

Bakı. 26 iyul. REPORT.AZ/ Bakıda yaşayış binasında yanğın olub, nənə və nəvələri xəsarət alıb.

"Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.

Məlumata görə, iyulun 25-də saat 21 radələrində Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsi “V” yaşayış sahəsində yaşayan Valentina Zaqayevskayanın mənzilində yanğın baş verib. Nəticədə 54 kvm. sahədə yanar konstruksiyalar və oradakı əşyalar yanıb. Xəsarət alan V.Zaqayevskayaya, nəvələri Nərminə və Kamrana xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi