Bakıda yaşayış binasında yanğın olub, 25 nəfər təxliyə edilib

Bakıda yaşayış binasında yanğın olub, 25 nəfər təxliyə edilib Bakı. 23 iyun. REPORT.AZ/ Bakıda yaşayış binasında yanğın olub.
Hadisə
23 İyun , 2018 12:35
Bakıda yaşayış binasında yanğın olub, 25 nəfər təxliyə edilib

Bakı. 23 iyun. REPORT.AZ/ Bakıda yaşayış binasında yanğın olub. 

Fövqəladə Hallar Nazirliyindən "Report"a verilən məlumata görə, hadisə Bakı şəhərinin Yasamal rayonunda hündürmərtəbəli yaşayış binasının birinci mərtəbəsində qeydə alınıb. 

Belə ki, ümumi sahəsi 200 m2 olan mağazada elektrik lövhəsi və şaxtasından keçən kommunikasiya xətləri 63 p.m yanıb. Yanğın zamanı yanğınsöndürənlər və xilasedicilər tərəfindən mənzillərdən 7 nəfər (onlardan 2-si azyaşlıdır) xilas edilib, 25 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Son xəbərlər

Orphus sistemi