Yasamal RİH başçısının birinci müavini: "Yanğının qısaqapanmadan baş verdiyi ehtimal edilir" - FOTO - VİDEO - YENİLƏNİB-3

Yasamal RİH başçısının birinci müavini: "Yanğının qısaqapanmadan baş verdiyi ehtimal edilir" - FOTO - VİDEO - YENİLƏNİB-3 Havanın küləkli olması yanğını gücləndirib
Hadisə
24 İyul , 2017 11:19
Yasamal RİH başçısının birinci müavini: Yanğının qısaqapanmadan baş verdiyi ehtimal edilir - FOTO - VİDEO - YENİLƏNİB-3
Report.az
Bakı. 24 iyul. REPORT.AZ/ Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Səməd İslamov "Report"a açıqlamasında bildirib ki, yanğının naqillərdə yaranmış qısaqapanmadan baş verdiyi ehtimal edilir: "FHN əməkdaşlarının verdiyi məlumata görə, 240 kvadratemetr dam örtüyü yanıb. Havanın küləkli olması yanğını gücləndirib. Yanğın heç bir mənzilə keçməyib. Hazırda araşdırmalar davam etdirilir".

*** saat 11:05

Bakı. 24 iyul. REPORT.AZ/ "Report"un hadisə yerində olan müxbiri xəbər verir ki, Yasamal rayonunun İnşaatçılar prospekti ərazisindəki binada baş vermiş yanğın söndürülüb.

*** saat 11:00

Bakı. 24 iyul. REPORT.AZ/ Təcili Tibbi Yardım Mərkəzinin həkimi Eldar Cəfərov "Report"a bildirib ki, saat 09:34 radələrində çağırış əsasında hadisə yerinə gəliblər. Həkimin sözlərinə görə, hələ ki yanğın xəsarəti və zəhərlənmə ilə bağlı onlara müraciət edən olmayıb.

Sakinlər qeyd edib ki, səhər saat 09:10 radələrindən yanğın baş verib. Onlar yanğının binanın dam örtüyündən baş verdiyini söyləyiblər.

Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Səməd İslamov jurnalistlərə açıqlamasında bildirib ki, hazırda istntaq qrupu yaradılıb, araşdırma aparılır: "Günahkar bəlli olandan sonra qərar qəbul ediləcək. Sakinlərə müvafiq köməklik göstəriləcək. Yanğın tam söndürüləndən sonra sakinlər qaz və işıqla təmin olunacaq".

Hazırda yanğınsöndürənlər yanğını söndürməyə davam edirlər.

*** saat 10:05

Bakı. 24 iyul. REPORT.AZ/ Bakıda yaşayış binasında yanğın başlayıb.

"Report" xəbər verir ki, hadisə Yasamal rayonunun İnşaatçılar prospekti ərazisindəki binalardan birində qeydə alınıb.

Yanğın binanın dam örtüyündən başlayıb.

Yanğının söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyinin (FHN) 8 yanğınsöndürən maşını cəlb olunub.

Hazırda yanğın davam edir.

Əlavə məlumat veriləcək.

Son xəbərlər

Orphus sistemi