Bakıda yaşayış binasında yanğın baş verib, iki polis əməkdaşı zəhərlənib

Bakıda yaşayış binasında yanğın baş verib, iki polis əməkdaşı zəhərlənib Sakinlərin təxliyyə edilməsi üçün təxirəsalınmaz tədbirlər görülüb
Hadisə
3 Fevral , 2018 13:46
Bakıda yaşayış binasında yanğın baş verib, iki polis əməkdaşı zəhərlənib

Bakı. 3 fevral. REPORT.AZ/ Bu gün səhər saatlarında paytaxtın Nəsimi rayonu Şamil Əzizbəyov küçəsi,156 ünvanında yerləşən üçmərtəbəli binanın girişindəki mağazada yanğın olub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən “Report”a verilən məlumata görə, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları və Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları cəlb olunublar.

Sakinlərin təxliyyə edilməsi üçün təxirəsalınmaz tədbirlər görülüb.

Binanın üçüncü mərtəbəsindəki evlərin birində köməksiz vəziyyətdə qalmış və tüstüdən zəhərlənmiş 14 yaşlı Kərəm, 12 yaşlı Elcan və 9 yaşlı Selcan Səfərlilər polis əməkdaşları tərəfindən xilas edilib, onlara ilkin tibbi yardım göstərilb. Qohum olan azyaşlıların vəziyyətləri qənaətbəxşdir.

Yanğınsöndürənlər tərəfindən alovun qarşısı alınıb.

Hadisə nəticəsində azyaşlıları xilas edən Nəsimi Rayon Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşları - polis serjantları Qoşqar İsmayılov və Kamran Əhmədli tüstüdən zəhərləniblər. Onlar xəstəxanaya yerləşdiriliblər.

Son xəbərlər

Orphus sistemi