Bakıda yaşayış binasında baş verən yanğın söndürülüb - YENİLƏNİB

Bakıda yaşayış binasında baş verən yanğın söndürülüb - YENİLƏNİB Bakıda yaşayış binası yanır.
Hadisə
28 Noyabr , 2022 15:06
Bakıda yaşayış binasında baş verən yanğın söndürülüb - YENİLƏNİB

Bakının Yasamal rayonu, Əsəd Əhmədov küçəsində çoxmərtəbəli yaşayış binasındakı mənzildə baş verən yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən bildirilib.

15.02

Bakıda yaşayış binası yanır.

Bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə paytaxtın Yasamal rayonu, Əsəd Əhmədov küçəsində çoxmərtəbəli yaşayış binasındakı mənzildə yanğın olması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Son xəbərlər

Orphus sistemi