Bakı. 29 dekabr. REPORT.AZ/ Bakıda baş verən yanğın zamanı qadın ölüb. "Report" Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, dekabrın 28-də saat 19.00-da Nəsimi rayonunda Natalya Nikiforovaya məxsus mənzildə yanğın baş verib. Nəticədə 1 kvm. sahədə mənzilin yanar konstruksiyaları və oradakı əşyalar yanıb, tüstüdən zəhərlənmə ilə xəstəxanaya yerləşdirilən N.Nikiforova orada ölüb.
Faktla bağlı araşdırma aparılır.