Bakıda yaşayış binasında yanğın olub, 4 nəfər tüstüdən zəhərlənib

Bakıda yaşayış binasında yanğın olub, 4 nəfər tüstüdən zəhərlənib Otuz nəfər yanğınsöndürənlər tərəfindən təxliyə olunub
Hadisə
31 Yanvar , 2017 08:48
Bakıda yaşayış binasında yanğın olub, 4 nəfər tüstüdən zəhərlənib

Bakı. 31 yanvar. REPORT.AZ/ Paytaxtda 4 nəfərin zəhərlənməsi ilə nəticələnmiş yanğın hadisəsi baş verib.

"Report" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin saytı məlumat yayıb.

Məlumata görə,  Bakı şəhəri, Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsindən 13-cü mərtəbəsinə qədər şaxtadan keçən elektrik kabelləri 40 p.m və 1-ci mərtəbənin pilləkən qəfəsində quraşdırılmış 6 ədəd elektrik sayğacı yanıb. Yanğın zamanı 4 nəfər bina sakini tüstüdən zəhərlənib və 30 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzillər yanğından mühafizə olunub. 

Yanğın saat 07:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb. 

Son xəbərlər

Orphus sistemi