Bakı. 12 sentyabr. REPORT.AZ/ Bakının Nərimanov rayonunda ümumi sahəsi 510 kv.m olan birmərtəbəli ümumyaşayış evinin 4 mənzilində ümumilikdə 100 kv.m sahədə yanğın hadisəsi baş verib.
“Report”
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 21:12-də yanğınsöndürənlər tərəfindən söndürülüb.