Bakı. 7 noyabr. REPORT.AZ/ Bakının Xətai rayonunda, Süleyman Vəzirov küçəsi-22 ünvanında yerləşən hündürmərtəbəli binada yanğınla bağlı bəzi təfərrüatlar məlum olub. Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini Rza Xudiyev “Report”a bildirib ki, yanğın hadisəsi binanın zirzəmisindən 16-cı mərtəbəsinə qədər şaxtadan keçən naqillərin yanması nəticəsində baş verib.
Məlum olub ki, binanın ikinci mərtəbəsində uşaq bağçası var. Hadisədən dərhal sonra uşaq bağçasından 50 uşaq və 15 işçi təxliyyə edilib.
Həmçinin, binadan bütün sakinlər çıxarılıb.