Bakıda xəzinədara 100 manatlıq saxta əskinas verən kişi və oğlu saxlanılıb

Bakıda xəzinədara 100 manatlıq saxta əskinas verən kişi və oğlu saxlanılıb Onlar 34-cü Polis Bölməsinə təhvil veriliblər
Hadisə
1 İyul , 2017 13:40
Bakıda xəzinədara 100 manatlıq saxta əskinas verən kişi və oğlu saxlanılıb

Bakı. 1 iyul. REPORT.AZ/ Bakı şəhər sakinləri Səməd Novruzov və oğlu Nəbi xəzinadara 100 manatlıq saxta əskinas verdikləri üçün saxlanılıblar.

"Report" Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Xətai rayonu ərazisində yerləşən marketlərdən birində Bakı şəhər sakinləri Səməd Novruzov və oğlu Nəbi alış-veriş etdikdən sonra xəzinadara 100 manatlıq saxta əskinas verdikləri üçün Xətai Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Onlar 34-cü Polis Bölməsinə təhvil veriliblər.

Son xəbərlər

Orphus sistemi