Bakıda xəstəxanada ölüm hadisəsi baş verib

Bakıda xəstəxanada ölüm hadisəsi baş verib Vüqar Hüseynovun yaxınları həkimləri günahlandırır
Hadisə
4 Fevral , 2017 12:19
Bakıda xəstəxanada ölüm hadisəsi baş verib

Bakı. 4 fevral. REPORT.AZ/ Bakıda xəstəxanada serroz xəstəliyindən müalicə olunan 62 yaşlı kişi ölüb.

"Report"un xəbərinə görə, hadisə 3 saylı Şəhər Klinik Xəstəxanasında qeydə alınıb.

Belə ki, serroz xəstəliyindən əziyyət çəkən 1955-ci il təvəllüdlü Hüseynov Vüqar paytaxtdakı xəstəxanalardan birinə yerləşdirilib. O, müalicə aldığı xəstəxanın reanimasiya şöbəsində dünyasını dəyişib. Onun yaxınları V.Hüseynovun ölümündə həkimləri günahlandırır.

V.Hüseynovun meyiti Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi