Yuxarı
    Bağlamaq

    Bakıda xəstəxanada intihar baş verib

    Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır

    Bakı. 25 noyabr. REPORT.AZ/ Bakıdakı 1 saylı Kliniki Tibbi Mərkəzdə intihar baş verib.

    “Report”un xəbərinə görə, 64 yaşlı Yuri Protopov özünü xəstəxananın Cərrahiyyə şöbəsinin yerləşdiyi 3-cü mərtəbənin pəncərəsindən ataraq intihar edib.

    Faktı “Report”a təsdiqləyən mərkəzin direktor müavini Adil Salahov deyib ki, intihar edən şəxs bir ay əvvəl səhiyyə müəssisəsində müalicə alıb: “Lakin Yuri Protopovun intiharının bizimlə heç bir əlaqəsi yoxdur. O, mərkəzdə həzm sistemindəki problemlə bağlı müalicə alıb və noyabrın 2-də evə buraxılıb”.

    Qeyd edək ki, intihar edən şəxsin meyiti morqa təhvil verilib.

    Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi