Bakıda xəncərlə hədələyərək pul alan şəxslərin ibtidai istintaqı başa çatıb

Bakıda xəncərlə hədələyərək pul alan şəxslərin ibtidai istintaqı başa çatıb Bakı. 9 mart. REPORT.AZ/ Bakıda quldurluqda təqsirləndirilən Saleh Əliyev və Samir Muradovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Hadisə
9 Mart , 2019 17:04
Bakıda xəncərlə hədələyərək pul alan şəxslərin ibtidai istintaqı başa çatıb

Bakı. 9 mart. REPORT.AZ/ Bakıda quldurluqda təqsirləndirilən Saleh ƏliyevSamir Muradovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"Report"un xəbərinə görə, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Əhməd Quliyevin icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, Nərimanov rayon Polis idarəsinin 18-ci polis şöbəsinə müraciət edən Bakı şəhər sakinləri olan 2 nəfər dekabrın 17-də saat 20 radələrində F.X.Xoyski küçəsində 2 naməlum şəxsin onları xəncərlə hədələyərək 130 manat pullarını aldıqlarını bildiriblər.

Daha sonra 18-ci Polis Şöbəsi və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Babək rayon sakini, əvvəllər məhkum olunmuş S.Əliyev və Biləsuvar rayon sakini S.Muradov saxlanılıblar.

Son xəbərlər

Orphus sistemi